Xəbər lenti

Aylıq 70 min dollar gəliri olan dilənçi saxlanıldı - ŞOK
Dünya20:32 25.04.2016

Aylıq 70 min dollar gəliri olan dilənçi saxlanıldı - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Birləşmiş Ərəb Əmirliylərində aylıq gəliri 70 min dollar olan dilənçi saxlanılıb.

Bu ölkədə dilənməyə icazə verilmir və qanunla cəzalandırılır.

Polisin məlumatına görə, Dubayda saxlanılan növbəti peşəkar dilənçi xarici vətəndaş olub.

Rəsmilər bildirib ki, dilənçilər əsasən pulları cümə günləri məscidlərin ətrafında və başqa tanınan ictimai yerlərdə qazanırlar.

Daxili işlər nazirliyindən verilən məlumata görə, 2016-cı ilin ilk üç ayında Dubayda 60 dilənən xarici vətəndaş həbs edilib.

 Qaynarinfo.az