Xəbər lenti

Maqazin 22:40 22.06.2026

"Aynaya baxanda atamın ruhunu görürəm"

Müğənni Səidə Dadaşova atası, Xalq artisti Rafael Dadaşovun vəfatından sonra güzgülərə baxa bilmədiyini etiraf edib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı "Afaqla 10lar" verilişində danışıb:

"Ayna son zamanlar məni çox kövrəldir. Atamın vəfatından sonra evdə aynalarımız bağlandı. Ondan sonra aynaya mənfi bir şey kimi baxıram, artıq o qədər də sevmirəm. Çalışıram çox baxmayım. Elə bilirəm ki, atamın ruhunu görürəm. Ayna da onu əks etdirir. Dedilər ki, çalışın dünyasını dəyişmiş insanların portretlərini evdə divardan asmayın".


--> -->