Xəbər lenti

Azad Suriya ordusu Bəşər Əsədə qoşulur - İDDİA
Dünya11:59 04.12.2013

Azad Suriya ordusu Bəşər Əsədə qoşulur - İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin "The İndependent" qəzeti Suriyada Bəşər Əsədə qarşı döyüşən Azad Suriya Ordusu (ASO) ilə bağlı maraqlı iddia ortaya atıb.

Qaynar.info
xəbər verir ki, qəzetin ASO komandiri general Səlim İdrisin yazılı açıqlamasına istinadən verdiyi məlumatında, "İraq və Liviyada edilən səhvlərin təkrarlanması təhlükəsinin baş verdiyi bir vaxtda ittifaqlar dəyişir" yazılıb.

Səlim İdris açıqlamasında deyib ki, başda minlərlə xarici döyüşçünün vuruşduğu İraq Dəməşq İslam Dövləti olmaqla Əl Qaidə-nin nəzarətində olan qruplaşmaların regiondan uzaqlaşdırılması üçün gələcəkdə rejim qüvvələrinə qatıla biləcəkləri istisna deyil.

Qəzet yazısına belə davam edib: "Qərb kəşfiyyat qüvvələri başa düşürlər ki, Avropa və ABŞ-dan cihad döyüşçülərinə qatılan yüzlərlə müsəlman ən böyük terror təhlükəsidirlər. Yüksək səviyyəli qərbli kəşfiyyat rəsmisi bildirib ki, İslamçılara qarşı mübarizədə Suriya rejiminə məxsus qüvvələrin qorunması vacibdir. Səddam Hüseyn, Müəmmar Qəddafinin devrilməsindən sonra ordu ilə polis dağıldı və yaranan boşluqdan da terrorçu qruplaşmalar doğuldu. İraq və Liviyada edilən səhvlərin təkrarlanmaması olduqca vacibdir.  "

Qəzet onu da qeyd edib ki, hökumət və müxaliflər arasında Cenevrədə keçiriləcək görüşlər Əl Qaidəyə qarşı cəbhənin yaradılması üçün də başlanğıc ola bilər.

Qaynar.info