Xəbər lenti

Azərbaycan Aİ Şurasının iclasında təmsil olunacaq
Siyasət17:50 19.10.2025

Azərbaycan Aİ Şurasının iclasında təmsil olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı Şurasının "Regionlararası təhlükəsizlik və əlaqə" mövzusunda xarici işlər nazirlərinin iclası keçiriləcək.
"Report" xəbər verir ki, görüşdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Azərbaycan, Ermənistan, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan nümayəndələrinin iştirakı gözlənilir.
Oktyabrın 20-də Lüksemburq şəhərində baş tutacaq iclasda müxtəlif mövzular, o cümlədən rəsmi Moskvaya qarşı sanksiyalar paketi, Rusiya-Ukrayna müharibəsi, Qara dənizin strateji əhəmiyyəti, Yaxın Şərqdəki vəziyyət, regionda mövcud geosiyasi proseslərin və təhlükəsizlik dinamikası müzakirə olunacaq.