Xəbər lenti

Azərbaycan Brüsseldə istədiyini əldə etdi - Deputat
Siyasət13:56 07.04.2022

Azərbaycan Brüsseldə istədiyini əldə etdi - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Brüssel görüşündə əldə edilən nəticələr Azərbaycan diplomatiyasınn növbəti uğuru, eyni zamanda postmüharibə reallıqlarının dünyaya qəbul etdirliməsi hadisəsidir”.  Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin üzvü Hikmət Babaoğlu deyib. 
Onun sözlərinə görə, beynəlxalq münasibətlər sistemi həddindən artıq mühafizəkar və eqoistdir:"Yaradılan yeni reallıq hər nə qədər beynəlxalq hüquqa uyğun olsa belə onu qəbul etdirmək çox çətin olur. Bu isə beynəlxalq münasibətlər sistemini təyin edən güc mərkəzlərinin paralel nizam yanaşması ilə əlaqədardır. Buna əksər hallarda ikili standartlar siyasəti də deyirik.  Yəni, əsas aktorların maraqlarına uyğun  olan problemlər beynəlxalq hüquqa uyğun olmasa belə onların mövcud olmasına və hətta davam etməsinə qlobal güc mərkəzləri dəstək olurlar”.
Deputatın fikrincə, Qarabağla bağlı vəziyyət də belə idi. Lakin Azərbaycan bu məsələni həll etməklə dünyanın güc mərkəzlərini fakt qarşısında qoydu və imperialist mərkəzlərin bu reallığı qəbul etməkdən başqa çarələri qalmadı.
Hikmət Babaoğlu hesab edir ki, Brüsseldə keçirilən görüşdən sonra Ş.Mişelin mətbuat üçün bəyanatında əksini tapan məsələlər də postmüharibə mərhələsi üçün Azərbaycanın irəli sürdüyü beş baza prinsipinə söykənir:
"Bu baza prinsipləri beynəlxalq hüquqa və Azərbaycanın maraqlarına tamamilə uyğundur.  Hələ 2021-ci ilin dekabr ayının 14 də keçirilən üçtərəfli görüş zamanı bu prinsiplər əsasında mümkün gündəm müəyyənləşdirilmişdi. Yəni, artıq postmüharibə mərhələsndə qalıcı sülh üçün yeni danışıqlar plarforması kimi qəbul edə biləcəyimiz Brüssel-Bakı -İrəvan xəttinin əsasları həmin vaxt qoyulmuşdu. Hazırda isə bu əsaslarda sülh danışıqlarını irəli götürmək üçün mexanizmlərin yaradılması baş verir. Burada önə çıxan əsas məsələlərdən biri Xarici İşlər nazirlərinin birbaşa əməkdaşlıq etməsinin nəzərdə tutulmasıdır ki, bu nəticə əldə etmək üçün olduqca çevik və səmərəli formadır. İkncisi, aprel ayının sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı uyğun komissiyanın yaradılmasıdır. Eyni zamanda hazırda sərhədlərdə mövcud olan reallığın toxunulmazlığıdır. Bu isə o deməkdir ki, Erməni tərəfi Qaragöl və Kəlbəcər istiqamətində əvvəlki iddialarınından geri çəkilib ya da onu qəbul etdirə bilməyiblər. Başqa mühüm bir məsələ isə bəyanatda və danışıqlarda ATƏT -in Minsk Qrupunun ümümiyyətlə, xatırlanmaması onun əvəzinə hər iki tərəfin etimad etdiyi Avropa İttifaqının danışıqları himayə etməsi gerçəkliyidir ki, bu da özlüyündə tamamilə yeni və səmərəli bir format yaradır”. 
Hikmət Babaoğlu qeyd edib ki, hər hansı status əsla xatırladılmır, tam əksinə regionda yaşayan bütün insanların rifahı naminə sülhə ehtiyac olduğu vurğulanır və nəhayyət kommunikasiyaların o cümlədən avtomibil nəqliyyatı kommunikasiyasının açılmasının zəruruliyi qeyd edilir:”Yəni bəyannamədə alqışlanılan dəmir yolu xətti ilə bərabər avtomobil yolunun açılması zərurəti də öz əksini tapır. Əgər minaların təmizlənməsi,  itikin düşən insanların taleyinə aydınlıq gətirilməsi kimi humanitar paketə daxil olan məsələləri də nəzərə alsaq deyə bilərik ki, Azərbaycan Brüsseldə istədiyini əldə etdi. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə şəxsi zəmində olan qarşılıqlı etimada söykənən münasibətləri və Aİ ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq münasibətləri kontekstində baş tutdu”. 
Bahar Rüstəmli