Xəbər lenti

Ekonomiks 16:13 31.12.2023

Azərbaycan bu il Avropaya nə qədər qaz ixrac edib?

2023-cü ildə Azərbaycan qazının Avropaya tədarükü əvvəlki illə müqayisədə 3,5% artaraq 11,8 milyard kubmetr təşkil edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov bildirib.

2022-ci ildə Azərbaycan qazının Avropa ölkələrinə ixracının həcmi 11,4 milyard kubmetr olub. Beləliklə, 2023-cü ildə ixracda 400 milyon kubmetr artım olub.

Pərviz Şahbazovun sözlərinə görə, dekabrın 31-də Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan yanacağının Avropaya tədarükünün başlanmasından düz 3 il ötür. Bu müddət ərzində TAP vasitəsilə Azərbaycandan Avropa ölkələrinə 31 milyard kubmetrdən çox qaz ixrac edilib.

Azərbaycan qazının ixracının artması Rusiyadan tədarükün azalması fonunda Avropada mavi yanacağa tələbatın artması ilə bağlıdır. Azərbaycanın Avropa İttifaqı idxalında payı hələ də kiçikdir, lakin son aylarda Bakı Rusiya qazını əvəz etmək və avropalı istehlakçıların ehtiyaclarını ödəmək üçün həcmləri fəal şəkildə artırır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->