"Azərbaycan dostları olan Türkiyə və Pakistanla əl-ələ verib hansısa məsələlərdə dövlətimizin maraqlarına uyğun bir vəziyyət yarada bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Əfqanıstan-Azərbaycan münasibətlərinin bundan sonrakı səviyyəsindən danışarkən deyib. Politoloqun sözlərinə görə, Azərbaycanla dost olan ölkələr yeni gələn qüvvələrin partnyoru ola bilərlər:
"Münasibətlərin necə olacağlı ilə bağlı suallara cavab vermək üçün hələ yetərincə məlumat yoxdur. Amma bir şeyi qeyd eləmək lazımdır ki, "Taliban"ın uzun müddət Qətərdə nümayəndəliyi fəaliyyət göstərirdi, İdarə Heyətinin üzvləri mühacirətdə idi. Eyni zamanda Qətərlə Türkiyənin əlaqələri də çox genişdir, deyəsən orada hərbiçilər də var. Hamı bilir ki, "Taliban"ın yaranmasında Pakistanın rolu olub. Bizimlə çox yaxşı münasibətdə olan ölkələr gələcəkdə yeni gəlmiş qüvvələrin partnyorları ola bilərlər. Bu baxımdan hələ vəziyyət aydın deyil ki, nəsə fikir söyləyəsən”.
Bahar Rüstəmli