Xəbər lenti

Azərbaycan Ermənistanı məhkəməyə verdi: Laçın, Zabux, Sus...
Siyasət07:37 20.12.2022

Azərbaycan Ermənistanı məhkəməyə verdi: Laçın, Zabux, Sus...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsində erməni vandalizmi ilə bağlı iddia qaldırıb.
Qaynarinfo xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov özünün "Tvitter" səhifəsində yazıb.
"Avropa Məhkəməsinə göndərilən yeni dövlətlərarası şikayətdə biz 2022-ci ilin may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülkünün dağıdılmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair faktları təqdim etmişik”, - deyə o yazıb.