Xəbər lenti

Azərbaycan futbolu üçün tarixi gün: final Bakıda keçiriləcək
İdman15:18 20.09.2017

Azərbaycan futbolu üçün tarixi gün: final Bakıda keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2019-cu ildə Avropa Liqasının finalı Bakıda keçiriləcək. "Qaynarinfo" xəbər verir ki, bu barədə UEFA-nın İsveçrənin Cenevrə şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında qərar verilib.

Bakı həm Avropa Liqasının, həm də Çempionlar Liqasının finalına ev sahibliyinə namizəd idi. UEFA Avroliqanın final matçının Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verib. Çempionlar Liqasının finalı isə "Atletiko"nun ev oyunlarını keçirdiyi Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək.

Qeyd edək ki, 2019-cu ildə UEFA Super Kuboku uğrunda matç İstanbuldakı "Vadofone Park"da baş tutacaq.

Qaynarinfo.Az