Xəbər lenti

Azərbaycan Kuboku: "Qarabağ"la "Simurq" 3 qol vurdu
İdman18:04 04.03.2015

Azərbaycan Kuboku: "Qarabağ"la "Simurq" 3 qol vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. Qaynar.info xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
"Qarabağ" Premyer Liqanın autsayderi "Bakı"nı sınağa çəkib və 3:0 hesablı qələbə qazanıb. Ağdam klubunun heyətində Reynaldo Silva dubl edib, Vüqar Nadirov bir qol vurub.
"İnter" "Xəzər Lənkəran"ı sınağa çəkib. 2 qolun vurulduğu oyunda hesabı 41-ci dəqiqədə Mikel Alvaro açıb. 69-cu dəqiqədə isə Asif Məmmədov "İnter"in ikinci qolunu vurub.
"Neftçi" fevralın 24-də Premyer Liqada 1:0 hesabı ilə udduğu və böyük söz-söhbətə səbəb olduğu AZAL-ı qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb.
Son oyunda "Qəbələ" "Simurq"u qəbul edib. Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 11-55-ci dəqiqələrdə Draqan Çeran dubl edib. 57-ci dəqiqədə isə Benjamin Lambot fərqlənib.
Qeyd edək ki, mərhələnin cavab oyunları martın 13-də keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final
İlk oyunlar
4 mart
Neftçi - AZAL 0:0
İnter -  Xəzər Lənkəran 2:0
Qollar: Mikel Alvaro, 41. Asif Məmmədov, 69.
Qarabağ - Bakı 3:0
Qollar: Reynaldo Silva, 6; 32. Vüqar Nadirov, 24.
Qəbələ - Simurq 0:3
Qollar: Draqan Çeran, 11; 55. Benjamin Lambot, 57.
Qaynar.info