Xəbər lenti

Azərbaycan-Portuqaliya oyunundan sonra qalmaqal
İdman05:30 27.03.2013

Azərbaycan-Portuqaliya oyunundan sonra qalmaqal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı jurnalistlər Portuqaliya yığmasının baş məşqçisi Paulo Bentunu boykot etdilər

Azərbaycan jurnalistləri Portuqaliya yığmasının baş məşqçisi Paulo Bentunu boykot ediblər. Trend-in məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan-Portuqaliya oyunundan sonra qalmaqal düşüb. Qonaq komandanın baş məşqçisi Paulo Bentu keçirdiyi mətbuat konfransında onun Portuqaliya dilində səsləndirilən fikirlərinin Azərbaycan dilinə tərcümə olunmasına imkan verməyib.

Əvvəlcə Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri üzrxahlıq edərək bildirib ki, Bentunun fikirləri Azərbaycan dilinə tərcümə olunmasın. Lakin azərbaycanlı jurnalistlər buna etirazlarını bildiriblər. Təkidlərinin bir nəticə vermədiyini görən yerli jurnalistlər mətbuat konfransının keçirildiyi zalı tərk ediblər.

Portuqaliya Futbol Federasiyasının nümayəndəsi Azərbaycan tərəfinə bu hörmətsizliyin səbəbini onunla izah edib ki, Portuqaliya televiziyası mətbuat konfransından canlı yayım verdiyi üçün onlar fikirlərinin Azərbaycan dilinə tərcümə olunmasına razı deyillər.

Qeyd edək ki, hələ oyundan bir gün əvvəl keçirilən mətbuat konfransında da Portuqaliya tərəfi jurnalistlərə eyni hörmətsizliyi edib. // ANS Press