Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Şamaxı" "Zirə"ni qəbul edəcək. Komandalar indiyədək Premyer Liqada 28 dəfə üz-üzə gəliblər. Bunların 11-də paytaxt klubu, 6-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də "Zirə" üstündür - 34:27.
Günün son qarşılaşması isə "Aəzrsun Arena"da baş tutacaq. "Qarabağ" "Qəbələ"ni sınağa çəkəcək. Komandalarindiyə qədər 64 oyunda üz-üzə gəlib. Bunların 30-da Ağdam təmsilçisi, 10-da isə qonaqlar meydanı 3 xalla tərk ediblər. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 86:43.
Azərbaycan Premyer Liqası, XVII tur
13 dekabr (çərşənbə axşamı)
14:00. "Şamaxı” – "Zirə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Kamal Umudlu
VAR: Əliyar Ağayev, Namiq Hüseynov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Şamaxı şəhər stadionu
19:00. "Qarabağ” – "Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Rəhman İmami, İnqilab Məmmədov
VAR: Nicat İsmayıllı, Zeynal Zeynalov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elman Musayev
"Azersun Arena”
"Qarabağ" - 44, "Sabah" - 39, "Neftçi" - 32, "Zirə" - 26, "Qəbələ" - 24, "Turan Tovuz" - 16, "Şamaxı" - 12, "Səbail" - 10, "Kəpəz" - 10, "Sumqayıt" - 9
Səbuhi Həsənov