Xəbər lenti

Azərbaycan Premyer Liqasında 3-cü tura start verilir
İdman06:11 19.08.2022

Azərbaycan Premyer Liqasında 3-cü tura start verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, turun ilk oyun günündə bir qarşılşama baş tutacaq. "Şamaxı" "Səbail"i qəbul edəcək. 
Komandalar indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəliblər. Bunların 6-da "Səbail", 7-də isə bölgə təmsilçisi qələbə qazanıb. 6 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində isə bərabərlik hökm sürür 20:20.
"Şamaxı” son 6 oyunda uduzmayıb. "Səbail” son 9 səfərdə yalnız bir dəfə məğlub olub.
Azərbaycan Premyer Liqası
3-cü tur
19 avqust (cümə)
16:30. "Şamaxı” – "Səbail”
VAR hakimləri: Rəşad Əhmədov, Cavanşir Yusifov
Şamaxı şəhər stadionu.
Səbuhi Həsənov