Xəbər lenti

Azərbaycan telekanalı Türkiyədən 45 min dollarlıq helikopter gətirdi
İdman13:46 02.05.2016

Azərbaycan telekanalı Türkiyədən 45 min dollarlıq helikopter gətirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"CBC Sport" telekanalı Türkiyədən 45 min dollar qiyməti olan dron (mini helikopter) gətirib.

Bunu Qaynarinfo.az-a eksklüziv açıqlamasında həmin telekanalın rəhbəri Volkan Üst bildirib. Onun sözlərinə görə, dövlət orqanlarından razılıq alınacağı halda, bu helikopterdən Bakıda keçiriləcək U-17 Avropa çempionatının açılış mərasimi zamanı yararlanacaqlar:

"Türkiyədən çox keyfiyyətli, 8 pərli bir dron gətirmişik. Hansı ki, bununla film çəkmək olur. Onu canlı yayıma qoşacağıq. Sadəcə bunun üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin razılığı olmalıdır. Bizdə bir dənə çəkiliş helikopteri vardı, amma o, yarımpeşəkardır. Ondan Azərbaycan Premyer Liqasının oyunlarında istifadə edirik. Amma Türkiyədə son zamanlar filmlər indi gətirdiyimiz bu aparatla çəkilib. Həmin aparatı və bundan istifadə etməyi bacaran adamları bura gətirmişik. Onlar hazırda dövlət qurumundan müvafiq razılığı gözləyirlər. U-17-lərin turnirində heç vaxt belə texnologiyadan istifadə edilməyib. Biz bu aparatı 1 aylığa icarəyə götürmüşük. Ancaq onun tam qiyməti 45 min dollardır".

Qeyd edək ki, mayın 5-dən 21-dək keçiriləcək turnirin rəsmi yayım hüquqlarına "Eurosport" telekanalı sahibdir. Lakin oyunların çəkilişi və digər texniki məsələlərin həlli "CBC Sport" kanalı tərəfindən həyata keçiriləcək.

Qaynarinfo.az