Xəbər lenti

Azərbaycan Uşaqlar Birliyi niyə dezinfeksiya olunmur?
Sağlamlıq08:53 17.03.2020

Azərbaycan Uşaqlar Birliyi niyə dezinfeksiya olunmur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Uşaqlar Birliyi hələ də dezinfeksiya olunmayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında birliyin sədri Kamalə Ağazadə deyib. 
O, məsələ ilə bağlı Binəqədi İcra Hakimiyyətinə müraciət edib:
"Hələ ötən həftə Binəqədi Rayon icra hakimiyyətinə müraciət etmişəm. Amma bu günə kimi sığınacaq dezinfeksiya olunmayıb. Uşaqların taleyindən narahatam”.
Məsələ ilə əlaqədar Binəqədi Rayon  İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Azərbaycan Uşaqlar Birliyinin məktubu baxılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib.
Bahar Rüstəmli