Xəbər lenti

“Azərbaycan Uşaqlar Birliyinin binası dezinfeksiya edildi
Sağlamlıq13:55 19.03.2020

“Azərbaycan Uşaqlar Birliyinin binası dezinfeksiya edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Uşaqlar Birliyinin binasında dezinfeksiya işləri aparılıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında birliyin sədri Kəmalə Ağazadə deyib. 
Onun sözlərinə görə, uşaq sığınacağı Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Polis İdarəsinin nəzarəti altında 246 saylı orta məktəbə köçürülüb:
"Xususi nəzarətlə uşaqlara həmin məktəbdə yer verdilər. Bütün günü həmin məktəbdə qaldıq. Məktəbdə uşaqlar sığınacaqdakı qayda ilə yeməklə təmin olundu. Bundan əlavə təhlükəsizlik qaydalarına əməl olundu. Azərbaycan Uşaqlar Birliyi dezinfeksiya olundu və biz birliyə qayıtdıq”.
Kəmalə  Ağazadə Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirdi.
Bahar Rüstəmli