
Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar (U-17) arasında Avropa çempionatında yığmamız bu gün mübarizəyə start verib.
Qaynarinfo.az xəbər verir ki, A qrupunun ilk görüşündə Belçika Şotlandiyanı 2:0 hesabı ilə məğlub edib.
Qrupun 2-ci görüşü isə Bakı Olimpiya Stadionunda baş tutub. Avropa çempionatının həm meydan sahibi, həm də debütantı olan yığmamız Portuqaliya ilə qarşılaşıb. Gözlənildiyi kimi, komandamız turnirin favoritlərindən sayılan Portuqaliya millisinə uduzub - 0:5.
Qolları "Benfika"lı Joze Qomeş (4 və 16-cı dəqiqələr), "Sportinq"li Miqel Luiş (44), "Benfika"lı Qedson Fernandeş (76) vurub. Digər qolu isə kapitanımız, "Neftçi"də çıxış edən Elçin Əsədov öz qapımıza vurub. O, 24-cü dəqiqədə "fərqlənib".
Yığmamız növbəti oyununu 3 gün sonra Belçika millisinə qarşı keçirəcək. Saat 19:00-da başlayacaq oyun 8-ci km stadionunda baş tutacaq.
Qaynarinfo.az