
Azərbaycan tərəfinə casusluq etməkdə ittiham olunan iki erməni hərbi qulluqçusuna hökm oxunub.
Qaynar.info-nun erməni mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə Rafael Avakyanı 11 il, David Barseqyanı 10 il müddətinə azadlıqdan məhrum edib.
İttihamnaməyə əsasən, istintaq nəticəsində sübut olunub ki, R. Avakyan pul və hədiyyələr müqabilində “Odnoklassniki” şəbəkəsində təxminən bir il bundan əvvəl tanış olduğu İstanbul sakini Samvel Azatyan adlı bir şəxsə dövlət və hərbi sirr ehtiva edən hərbi xarakterli məlumat təqdim edirmiş.
Həmin məlumatlar müqabilində Avakyan 1000 dollar məbləğində mükafat alıb.
Qaynar.info