Xəbər lenti

Azərbaycana qaçan ermənidən yeni xəbər
Dünya12:23 10.03.2015

Azərbaycana qaçan ermənidən yeni xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistandan könülü sürətdə Azərbaycana keçmiş, daha sonra bu ölkəyə təhvil verilmiş Gevorkyan ailəsinin üzvlərinə qarşı cinayət işi qaldırıb. APA-nın xəbərinə görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsi (müvafiq sənədlər və icazə olmadan sərhədi keçmə) əsasında açılıb. Bu maddə maksimum 3 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Cinayət işinə əsasən Yeğişe və Ruzanna Gevorkyan əsas təqsirləndirilən şəxslər qismində dindiriləcəklər.
Qeyd edək ki, Ermənistan vətəndaşları Yeğişe və Ruzanna Gevorkyanlar 3 uşaqları ilə birlikdə 2010-cu ilin yanvarında Azərbaycana keçiblər. Ailə 2014-cü ilin dekabrında Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana təhvil verilib. 
Qaynar.info