Xəbər lenti

Azərbaycana qaçan erməninin atası polisə aparıldı
Dünya10:45 26.03.2015

Azərbaycana qaçan erməninin atası polisə aparıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgəri Andranik Qriqoryanın atası Ararat Qriqoryanı polis saxlayıb. APA-nın Ermənistanın epress.am saytına istinadən verdiyi xəbərə görə, ata Qriqoryan Martunidəki polis bölməsinə aparılıb. Onun saxlanılm səbəbi və sonrakı taleyi barədə erməni KİV-də heç bir məlumat verilmir.
Xatırladaq ki, martın 22-də günorta saatlarında ilkin məlumata görə, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.
Qoşunların təmas xəttini keçən erməni hərbçisi hərbi qulluqçularımız tərəfindən saxlanılıb.
Qaynar.info