Xəbər lenti

Azərbaycana yeni səfir təyin etdilər
Siyasət07:13 16.10.2014

Azərbaycana yeni səfir təyin etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstriya Azərbaycana yeni səfiri təyin edib.

 APA-nın Səfirliyin mətbuat xidmətinə istinadən məlumatına görə bu vəzifəyə Mag. Aksel Vex təyin edilib.

 Yeni səfir dekabrın 1-dən etibarən diplomatik fəaliyyətə başlayacaq. 

Qeyd edək ki, Mag. Aksel Vex Qrats Universitetində hüquq üzrə ali təhsil, magistr dərəcəsini alıb. 1996-cı ildən diplomatik fəaliyyətə başlayan Mag. Aksel Vex 1996-1998-ci illərdə Avropa və beynəlxalq məsələlər üzrə Federal Nazirlikdə, 1998-1999-cu ildə Avstriyanın Brüsseldəki səfirliyində attaşe kimi fəaliyyət göstərib. 1999-2000-ci illərdə Federal Nazirlikdə yenidən fəaliyyətinə davam edən diplomat 2000-2003-cü illərdə Avstriyanın Nyu Dehlidəki səfirliyində, 2003-2006-cı illərdə isə Avstriyanın Braziliyadakı səfirliyində çalışıb. 2010-cu ildən isə Avstriyanın Pakistanda rəsmi təmsilçisi olub.

Qaynar.info