Xəbər lenti

Sənət 11:32 04.04.2024

"Azərbaycanda 3 mindən çox gitara ifaçısı var"

"Azərbaycanda 3 mindən çox gitaraçalan var. Onların arasında istedadlılar da çoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında gitara ifaçısı Rəhman Məmmədli deyib. 

O, gitara ifaçılarının ağsaqqalı seçildiyini də vurğulayıb:

"Mən də gənclərə övladlarım kimi baxıram. Onların efirlərə çıxmasına yardımçı oluram. Əlimdən gələni edəcəm ki, onlar sənətdə, cəmiyyətdə öz layiqli yerlərini tutsunlar".

Rəhman Məmmədli bu gün Xalq artisti Rəmişin (Rafiq Əliyev) məzarının ziyarət olunacağını açıqlayıb:

"Bu gün onun dəfn olunan günüdür. Özümüzə borc bildik ki, belə bir sənətkarı anaq. Ailəsini də dəvət etdik. Gəlib-gəlməyəcəyini bilmirik. Kim istəyirsə, gitara ifaçılarına qoşula bilər".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?