Xəbər lenti

Azərbaycanda ən çox böyrək köçürülməsinə ehtiyac var - Son rəqəmlər
Sağlamlıq 09:23 24.06.2026

Azərbaycanda ən çox böyrək köçürülməsinə ehtiyac var - Son rəqəmlər

Azərbaycanda ölümündən sonra orqan donoru olmağa razılıq verən şəxslərin sayı 1600 nəfəri ötüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, təkcə 2026-cı ilin ilk 5 ayı ərzində təxminən 300 nəfər ölümündən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalayıb.

Məlumata görə, hazırda orqan və toxuma transplantasiyası üçün gözləmə siyahısında 1400-ə yaxın şəxs qeydiyyatdadır. Gözləmə siyahısında olan xəstələr arasında isə ən çox ehtiyac duyulan orqan böyrəkdir.

"2026-cı ilin əvvəlindən bu günədək ölkədə ümumilikdə 120-yə yaxın transplantasiya əməliyyatı həyata keçirilib. Bunların 50-dən çoxunu böyrək, 30-a yaxınını qaraciyər, 20-yə yaxınını sümük iliyi və 20-yə yaxınını isə buynuz qişa (kornea) transplantasiyası təşkil edib.

Bu göstəricilər ölkədə transplantasiya xidmətlərinin davamlı inkişaf etdiyini və donor sisteminin gücləndirilməsi istiqamətində görülən işlərin nəticə verdiyini göstərir", - deyə rəsmi məlumatda qeyd olunub.

--> -->