Xəbər lenti

Azərbaycanda oynamış dünyaca məşhur futbolçu DÇ-2022-də favoritlərini açıqladı
İdman 11:40 17.12.2022

Azərbaycanda oynamış dünyaca məşhur futbolçu DÇ-2022-də favoritlərini açıqladı

Qana millisinin üzvü Maykl Essyen FİFA -ya DÇ-2022 ilə bağlı açıqlama verib.

Qaynarinfo-nun məlumatına görə qurumun sosial mediada paylaşdığı videoda keçmiş "Çelsi”, "Real" kimi klublarda çıxış etmiş futbolçu Qətərdəki turnirdə bəyəndiyi oyunçuların adlarını açıqlayıb.

Bir müddət Azərbaycan Premyer Liqasında "Səbail"in də formasını geyinmiş Qana millisinin sabiq üzvü turnirin ən yaxşı qapıçısı kimi Argentina millisindən Emiliano Martinezi göstərib.

Ən yaxşı müdafiəçi kimi Fransa millisindən Rafael Varanı göstərən Essyen bəyəndiyi yarımmüdafiəçinin İngiltərədən Jude Bellinqem olduğunu bildirib.

Təcrübəli futbolçu Lionel Messinin dünyanın ən yaxşısı olduğuna şübhə etmədiyini də söyləyib.

Essyen 2019/2020 mövsümündə "Səbail"in formasını geyinib və komandanın heyətində 14 matçda meydana çıxıb.

 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->