Xəbər lenti

Azərbaycanda siyasi partiyaların sayı yarıya qədər azala bilər - Neçə partiya var?
Siyasət13:45 21.01.2023

Azərbaycanda siyasi partiyaların sayı yarıya qədər azala bilər - Neçə partiya var?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Siyasi partiyalar haqqında” yeni qanunun qüvvəyə minməsindən sonra xırd partiyaların birləşəcəyi barədə məlumatların ardı-arası kəsilmir. 
Qaynarinfo xəbər verir ki, yeni qanunda partiyaların qeydiyyatı üçün 5000 üzvün tələb edilməsi kiçik partiyalar üçün ciddi problemə çevrildiyinə görə onların birləşəcəyi bildirilir. Hələ ki, heç bir partiya birləşmə barədə  rəsmi məlumat yaymasa da, yaxın günlərdə bunun baş verəcəyi söylənilir.
Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadənin də bu barədə danışması məlumatların əsassız olmadığını göstərir. Asim Mollazadə açıq şəkildə bildirib ki, kiçik partiyalar birləşəcək.
Ədliyyə Nazirliyinin qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi Aslan Hacıyev ötən il mediaya verdiyi açıqlamada bildirmişdi ki, Azərbaycanda 58 siyasi partiya var. Onlardan 7-si 2020-ci, 2-si isə ötən il qeydiyyata alınıb. 
Ötən müddət ərzində Azərbaycanda yeni siyasi partiya yaranmayıb. Deməli, Aslan Hacıyevin açıqladığı statistika hələ də keçərlidir.
Rəsmi statistikaya görə, ölkədə 58 siyasi partiya olsa da, siyasi proseslərdə çox az partiyanın fəallıq göstərdiyinin şahidi oluruq. Milli Məclisdə təmsil olunan partiyaların sayı da siyasi partiyaların sayından dəfələrlə azdır. 
Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb Azərbaycanda siyasi fəaliyyətin o qədər asan olmaması ilə bağlıdır. Bu faktor əsasən müxalif partiyalar keçərlidir. Bəs hakimiyyətin dəstəklədiyi onlarla siyasi partiya niyə proseslərdə aktivlik göstərmir? Bunun səbəbi həmin partiyaların faktiki olaraq ailə təşkilatı olması ilə bağlıdır. Yəni, həmin partiyaların üzvlərinin sayı ailə üzvləri və yaxın qohumların sayı qədərdir.  Bu isə həmin partiyaların yeni qanunun tələblərinə cavab verməməsi deməkdir. Ona görə də onların birləşməsi zərurəti yaranıb. Müşahidələr göstərir ki, yenidən qeydiyyat mərhələsində partiyaların sayı yarıbayar azala bilər.
Seyid