Xəbər lenti

Azərbaycanı Qırğızıstan üçün cəlbedici edən nədir? – Deputat
Siyasət13:08 20.04.2022

Azərbaycanı Qırğızıstan üçün cəlbedici edən nədir? – Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı ilə Bişkek arasında əlaqələrin inkişafı hər iki ölkənin maraq dairəsindədir. Qırğızıstanın aqrar məhsulları Azərbayanda reallaşa, bu ölkə həmçinin nəqliyyat loqistika imkanlarımızdan yararlana bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Rəşad Mirbəşiroğlu Qırğız Pespublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri və iki ölkə arasında imzalanan sənədləri dəyərləndirərkən deyib:
"Azərbaycan dünya ölkələrilə münasibətləri hər zaman inkişaf etdirmək istiqamətində addımlar atır. Bu mənada Azərbaycan dünyada etibarlı tərəfdaş statusu qazanıb. Qırğızıstan Prezidentinin ölkəmizə səfəri də göstərir ki, Azərbaycan müasir beynəlxalq münasibətlərin ən etibarlı və ən hörmət olunan faktorlarından biridir. Bişkeklə Bakı arasında münasibətlər normaldır. Heç bir siyasi gərginlik yoxdur. Bakı həmçinin Bişkeki ölkəmizdəki investisiya mühitilə tanış olmağa çağırdı. Aparılan danışıq və imzalanan sənədlər göstərir ki, Azərbaycanla Qırğızıstan arasındakı münasibətlər yeni mərhələyə qalxacaq. Tərəflər iqtisadi və siyasi əməkdaşlıq sahəsində daha böyük nailiyyətlərə çatmaq üçün birgə səylə işləmək qərarına gəliblər. Münasibətlərimizi daha da inkişaf etdirmək üçün hər iki tərəfin həm istəyi, həm də imkanları var”. Deputat qeyd edir ki, Qırğızıstan Azərbaycanın nəqliyyat loqistika imkanlarından istifadəyə maraq göstərə bilər:
"Qırğızıstan kənd təsərrüfatı sahəsində kifayət qədər təcrübəyə malik ölkədir. Bu mənada Qırğızıstan istehsalı olan məhsulların Azərbaycanda reallaşdırılması imkanları dəyərləndirilə, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsi keçirilə bilər. Bişkek həmçinin Azərbaycanın malik olduğu unikal nəqliyyat loqistika imkanlarından da faydalana bilər. Qırğızıstan bu amilə də maraq göstərəcək. Azərbaycan da öz geniş potensialından çıxış edərək ən müxtəlif istiqamətlərdə Qırqızıstanla əməkdaşlıqda maraqlıdır”. 
Rüfət Sultan