Xəbər lenti

Azərbaycanın “Avroviziya-2019”-da çıxış vaxtı müəyyən oldu
Maqazin17:07 02.04.2019

Azərbaycanın “Avroviziya-2019”-da çıxış vaxtı müəyyən oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin döyünən ürəyi Tel-Əviv şəhərində keçiriləcək sayca 64-cü "Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan iştirakçısının çıxış vaxtı müəyyən olunub.
Qaynarinfo xəbər verir ki, mayın 14-də start götürəcək mahnı yarışmasında Azərbaycan təmsilçisi ikinci yarımfinalda, yəni mayın 16-da, 18-ci nömrə altında çıxış edəcək.
Qeyd edək ki, ölkəmizi nüfuzlu müsabiqədə müğənni Çingiz Mustafayev "Truth” (Həqiqət) adlı bəstə ilə təmsil edəcək. 
"Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı "Dare to Dream”dir ("Arzulamağa cürət et”). (oxu.az)