Xəbər lenti

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının finalına yüksəldi
İdman17:54 11.02.2020

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının finalına yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı güləşçi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında finala yüksəlib.
Qaynarinfo məlumatına görə, 82 kq-da mübarizə aparan azərbaycanlı pəhləvan yarımfinal görüşündə italiyalı Çiro Russo qarşılaşıb. Rəqibini 7:1 hesabı ilə məğlub edən idmançı qızıl medal uğrunda həlledici qarşılaşmada Bolqarıstan təmsilçisi Daniel Tixomirov Aleksandrov ilə ilə üz-üzə gələcək. Final görüşü sabah keçiriləcək.
Qeyd edək ki, Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçi Tirone Sterkenburqa çətinlik çəkmədən qalib gəlib - 8:0. O, 1/4 final mərhələsində İsveç idmançısı Boqdan Kurinnoyu 3:2 hesabı ilə məğlub edərək, adını yarımfinala yazdırıb. Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sənan Süleymanov da finala yüksəlib. 77 kq çəki dərəcəsindəki idmançı bu gün qızıl medal uğrunda Zoltan Levai (Macarıstan) ilə üz-üzə gələcək.