Xəbər lenti

Azərbaycanın ələ keçirdiyi terrorçuların yaxınları aksiya keçirdi
Siyasət13:40 11.01.2022

Azərbaycanın ələ keçirdiyi terrorçuların yaxınları aksiya keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Ermənistan respublikasının Şirak bölgəsində Azərbaycan hərbçiləri tərəfdən ələ keçirilən 62 erməni silahlı terrorçunun yaxınları hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.
Qaynarinfo xəbər verir ki, onlar hökumətdən oğullarının qaytarılmasını tələb edirlər.
Etiraz aksiyasında itirak edən şiraklı hərbi terrorçunun qardaşı deyib:
"Deyirlər, danışıqlar gedir, amma burada dayanan valideynlər hələ də heç bir nəticə görməyiblər. Düzdür, nəticə var, oğlanlar geri qaytarılır, amma mənim üçün heç bir nəticə yoxdur, çünki qardaşım hələ evə gəlməyib. Artıq bir il iki aydır biz onların taleyi ilə bağlı konkret heç nə bilmirik”.
Terrorçu əsirlərin yaxınları gözləyirlər ki, hökumət rəsmilərindən kimsə onlara aydın cavab verəcək, lakin gözləntiləri hələ də özünü döğrultmur. Aksiya itirakçıları onlara kömək edə biləcək bütün yüksək vəzifəli şəxslərlə görüşmək istədiklərini də bildiriblər.
Xatırladaq ki, 44 günlük vətən müharibədən sonra dekabrın 12-də Azərbaycan tərəfinin nəzarətində olan kəndlərə hücum əməliyyatları təşkil etdikləri zaman Şirak rayonundan 62 erməni hərbi terrorçusu ələ keçirilmişdi. Qeyd edək ki, indiyədək şiraklı terrorlçulardan 29-u Ermənistana qaytarılıb.
Telman