Xəbər lenti

Azərbaycanlı alpinistdən bəhs edən film İtaliyada qalib oldu (FOTO)
Sənət13:01 12.10.2025

Azərbaycanlı alpinistdən bəhs edən film İtaliyada qalib oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman kinofestivalı FICTS-də Arzu Urşanın "Arzunun ardınca" ("Following the Dream") filmi "Documentary – Individual Sport" kateqoriyasının qalibi olub.
Bu barədə Qaynarinfo-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, nazirliyin dəstəyi ilə çəkilmiş və avqustun 8-də Bakıda təqdimatı keçirilmiş sənədli film alpinist Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edir.