Xəbər lenti

Azərbaycanlı fəal narkomanlarla eyni bölümə göndərilib
Dünya14:38 25.07.2015

Azərbaycanlı fəal narkomanlarla eyni bölümə göndərilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 22-də Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan tanınmış azərbaycanlı fəal Ərdəbil zindanının ən ağır bölümünə salınıb.
1 il müddətinə azadlıqdan məhrum edilən Abbas Lisani zindanın 7-ci bölümünə salınıb. Məlumata görə, 7-ci bölüm narkotik alüdəçiliyi və cinayət ittihamları ilə həbs edilən məhbuslara aiddir.
"Amerikanin Səsi"nin əldə etdiyi məlumata əsasən, Lisani öz ailəsi ilə qısa telefon əlaqəsində bildirib ki, zindanda onun üçün ayrılmış bank və telefon kartının üzərində adı bilərəkdən yanlış yazlaraq Abbas Əmani kimi qeyd olunub. Bu məsələ cənab Lisaniyə olan həssaslıqla əlaqədar ola bilər.
"Günaz TV"yə danışan fəalın həyat yoldaşı Ruqəyyə Əlizadə bildirib ki, sözügedən bölümdə məhbusların adi tələblərini qarşılamaq üçün heç bir imkan yoxdur: "Məsələn yataq yoxdur və onlar otaq və dəhlizlərdə yerdə yatırlar".
Abbas Lisani həbsxanada
Qeyd edək ki, adı çəkilən tanınmış azərbaycanlı fəal iyulun 22-də Ərdəbil şəhərində öz iş yerinə getdiyi vaxt təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Azərbaycanlı fəal Urmu gölü etirazları ilə əlaqədar çağırışları ilə bağlı məhkum olunduğu bir illik həbs cəzasını çəkmək üçün saxlanılıb.
Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi martın 25-də məhkəmə qərarını yazılı olaraq elan edib.
1 il müddətinə azadlıqdan məhrum edilən A.Lisaninə qarşı irəli sürülən ittihamnamədə azərbaycanlı fəal sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaqda ittiham olunur.
Azərbaycanlı fəal 2011-ci il sentyabrın 9-da Urmu gölü etirazları zamanı Ərdəbildə saxlanılıb. O, 55 gün Ərdəbilin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) şöbəsində saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.
Qaynar.info