Xəbər lenti

Azərbaycanlı futbolçu İspaniyaya nə üçün erkən gedib?
İdman12:24 19.05.2016

Azərbaycanlı futbolçu İspaniyaya nə üçün erkən gedib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniyanın "Ovyedo" klubunun maraq dairəsində olan azərbaycanlı futbolçu Elnur Cəfərov artıq bir neçə gündür ki, Pireney yarımadasındadır. 

Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, o, İspaniyada yaşayış vizası almaq üçün əvvəlcədən ora yollanıb. 

Futbolçunun artıq "Xəzər Lənkəran" klubu ilə bir bağlılığı da qalmayıb. Belə ki, AFFA klubun tələb etdiyi 30 min dolları ödəyərək transfer haqlarına sahib çıxıb.

Qeyd edək ki, Elnur Cəfərov artıq gələn ay İspaniya La Liqasına çıxmağa namizəd "Ovyedo" klubu ilə müqavilə bağlayacaq.

Qaynarinfo.az