Xəbər lenti

Azərbaycanlı futbolçular Latviyada 5 qola üzüldü
İdman07:20 21.04.2023

Azərbaycanlı futbolçular Latviyada 5 qola üzüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Latviya çempionatında 7-ci turun oyunları keçirilir.
Qaynarinfo xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası "Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə RFS ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı ağır məğlubiyyətlə tərk edib – 0:5.
Nazim sonadək ehtiyatda qalıb. Ramin isə 46-cı dəqiqədə meydana buraxılıb.
Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq "Neftçi” və "Turan Tovuz”a məxsus olan Raminlə Nazim "Dauqavpils”də icarə əsasında forma geyinirlər.
Futbolçularımızın komandası hazırda 5 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.