Xəbər lenti

Azərbaycanlı hakim-inspektor Ermənistan yığmasının oyununda
İdman12:46 10.08.2021

Azərbaycanlı hakim-inspektor Ermənistan yığmasının oyununda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Səmədli qadınlardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının seçmə mərhələsində B qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Sözügedən qrupda Niderland, Moldova, Bosniya və Herseqovina və Ermənistan yığmaları mübarizə aparacaq. 
Oyunlar avqustun 16-dan 19-dək Moldovada təşkil olunacaq.
 
Səbuhi Həsənov