Xəbər lenti

Azərbaycanlı hakim Konfrans Liqasının oyununu idarə edəcək
İdman13:08 19.02.2024

Azərbaycanlı hakim Konfrans Liqasının oyununu idarə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, 36 yaşlı hakim Bolqarıstanda yerli "Ludoqorets” və İsveçrənin "Servett” klubları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.
Qeyd edək ki, fevralın 22-də gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. İsveçrədəki ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.