Xəbər lenti

Azərbaycanlı iş adamını azərbaycanlı öldürüb
Dünya13:59 27.09.2013

Azərbaycanlı iş adamını azərbaycanlı öldürüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 18-də  Moskvanın Baykal küçəsində avtomobilindən çıxarkən güllələnərək öldürülmüş azərbaycanlı iş adamı Fabris Salam-Hüseynovun qatili tutulub.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bu gün Moskva Cinayət Axtarış İdarəsi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində bu gün 34 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. Onun mənzilində axtarış zamanı 2 tapança, 2 travmatik tapança, səsboğucu, əl qumbarası, zirehli gödəkcə tapılıb.

Qeyd edək ki, Moskva Cinayət Axtarış İdarəsinin yaydığı məlumatda sentyabrın 18-də 4 güllə yarasından hadisə yerində keçinmiş Fabris Salam-Hüseynov azərbaycanlılardan ibarət etnik cinayətkar qrupun lideri kimi təqdim edilir. Fabris Salam-Hüseynov əvvəllər məhkum həyatı da yaşayıb.

Qaynar.info