Xəbər lenti

Azərbaycanlı məmur “soyqırım” qətnaməsinin təşəbbüskarını məhkəməyə verir
Siyasət08:09 19.06.2016

Azərbaycanlı məmur “soyqırım” qətnaməsinin təşəbbüskarını məhkəməyə verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun rəhbəri, Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev Alman Parlamentində (Bundestag) qəbul edilən qondarma “erməni soyqrımı” qətnaməsinin təşəbbüskarı olan Yaşıllar Partiyasının həmsədri Cem Özdemiri məhkəməyə verəcək.
Dünya Azərbaycanlıları Assambleyasından “Qafqazinfo”ya verilən məlumata görə, R. Quliyev Almaniyada fəaliyyət göstərən bir sıra hüquq mərkəzləri ilə məsləhətləşmə apardıqdan sonra C. Özdemiri məhkəməyə verməyə qərar verib.
R. Quliyev bildirib ki, C. Özdemir Alman cəmiyyətinə yalan məlumat verdiyi, digər dövlətin daxili işlərinə qarışaraq milli zəmində münaqişə yaratmaq istədiyi, tarixi təhrif edib erməni yalanını “soyqrım” olaraq qəbul etdirdiyi, terroru müdafiə etdiyi üçün qanun qarşısında cavab verməlidir. C. Özdəmirdən üzr istəməsi, 5 avro təzminat ödəməsi tələb olunacaq.
Qaynarinfo.az