Xəbər lenti

Azərbaycanlı milyarderin məkanında vida mərasimi - FOTO
Dünya12:33 17.06.2015

Azərbaycanlı milyarderin məkanında vida mərasimi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur rusiyalı müğənni və aktrisa Janna Friske ilə vida mərasimi azərbaycanlı milyarder Araz Ağalarova məxsus olan "Krokus Siti Holl"da keçirilir.

Anspress-in məlumatına görə, Friske ilə vidalaşmağa gələn mindən çox adam "Krokus"un ətrafında toplaşıb. Rusiyanın hüquq-mühafizə orqanları bu haqda məlumat verib.

Foyedə Friskenin açıq tabutu qoyulub. Ətrafında isə onun ailə üzvləri və yaxın dostları yığışıb. Ekranda isə ifaçının ən yaxşı klipləri nümayiş etdirilir. Vida mərasiminin axşam saatlarına qədər davam edəcəyi deyilir. Sabah isə Firske dəfn ediləcək.

Qeyd edək ki, Janna Friske uzun müddət beyin xərçəngi ilə mübarizə aparsa da iyunun 15-də 40 yaşında dünyasını dəyişib.

Qaynar.info