Xəbər lenti

Azərbaycanlı milyarderin taleyi Rumıniyada həll olunur
Dünya21:09 03.11.2014

Azərbaycanlı milyarderin taleyi Rumıniyada həll olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rumıniyadakı seçkilər “Lukoyl”un taleyini həll edəcək. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rumıniyanın “bbw.ro” saytı yayıb.
Məlumatda “Lukoyl”un əsas ümidini Viktor Pontanın qələbəsinə bəslədiyini bildirib. Ponta məğlub olacağı təqdirdə Vahid Ələkbərovun şirkətinin Rumıniyadan vergidən yayınma və digər maddələrlə ittiham olunaraq neft emalı zavodunun bağlanılacağı deyilib.
Qeyd edək ki, “Lukoyl”un Rumıniyadakı neft emalı zavodu bu ilin oktyabrın Prezident Trayan Baseskunun vasitəçiliyi ilə qapadılmışdı. Lakin sonradan aparılan danışıqlar nəticəsində zavodun fəaliyyətinin bərpasına icazə verilmişdi. 
Qaynar.info