Xəbər lenti

Azərbaycanlı milyonçu Rusiya hökumətindən nə xahiş edib?
Dünya18:09 06.11.2014

Azərbaycanlı milyonçu Rusiya hökumətindən nə xahiş edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkoviçə ünvanladığı məktubda hökumətdən sanksiyalar şəraitində ölkənin neft-qaz sahəsinə dəstək verilməsini xahiş edib.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, məktubda “LUKoyl” rəhbəri vergi yükünün azaldılmasını və təbii monopoliyaların tariflərinin qaldırılmasına moratori qoyulmasını xahiş edib.  
Arkadi Dvorkoviçin mətbuat katibi Aliyə Samiqullina “RİA Novosti”-yə məktubun olmasını təsdiqləyib, lakin təkliflərin mahiyyətini şərh etməkdən imtina edib: “Məktuba aidiyyatı nazirliklərdə və qurumlarda baxılır”.    
Rusiyanın Energetika və İqtisadi İnkişaf Nazirliklərində də Vahid Ələkbərovun məktubuna baxıldığını bildiriblər.  “LUKoyl” neft şirkətində bu məlumata şərh verməkdən imtina ediblər.   
Qaynar.info