Bir müddət öncə "gizli sevgi yaşayıram" deyən müğənni Ayan Babakişiyevanın sosial şəbəkədəki paylaşımları diqqət çəkir. Müğənni fotolarını paylaşaraq sevgiyə aid paylaşımlar edir.
Müğənni "Maraqlıdır, gün ərzində neçə dəfə səni sevirəm, darıxıram deyirsiniz? Sabahın açılmasını kimin üçün gözləyirsiniz", "Sevgi oyundur. Birinci sevirəm deyən uduzur", "Sən haradansa oralar mənə müqəddəs torpaq" və s kimi şərhlər izləyiciləri tərəfindən maraqla qarşılanır.