Xəbər lenti

Azərbaycanlı müğənni Türkiyədə ərə getdi (FOTO/VİDEO)
Video 14:14 16.02.2024

Azərbaycanlı müğənni Türkiyədə ərə getdi (FOTO/VİDEO)

İllər əvvəl "Bilirəm gələn deyilsən" mahnısı ilə məşhurlaşan müğənni Lamiyə Novruzova Türkiyədə ailə qurub. 

Qaynarinfo bizim.media-ya istinadən bildirir ki, sənətçi 38 yaşında Uğur Piro adlı türk vətəndaşı ilə nikaha daxil olub. 

Lamiyə nikahı zamanı çəkilən foto və videoları sosial şəbəkə hesabında sevənləri ilə bölüşüb.

Müğənni paylaşımına "Evlilik günümüz mübarək, eşqim" şərhini yazıb. Novruzovanın ailə qurmasına izləyicilərdən çox sayda təbriklər gəlib. 
Qeyd edək ki, Lamiyə uzun müddətdir ki, Türkiyəyə köçüb. O, ötən il Kahramanmaraşda zəlzələ nəticəsində köməksiz vəziyyətdə qalan insanlara maddi yardımlar edib. 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->