Xəbər lenti

Azərbaycanlı nazir sərgidə - FOTOLAR
Sənət17:14 10.06.2015

Azərbaycanlı nazir sərgidə - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Bakı-2015 ilk Avropa Oyunları münasibətilə görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Avropa haqqında düşüncələr" adlı sərginin açılış mərasimi keçirilib. 
Qaynar.info nazirliyin saytına istinadən məlumat verir ki, sərginin keçirilməsində məqsəd Avropa Oyunları zamanı ölkəmizə gələcək qonaqları və yerli sakinləri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan dəyərli əsərlərlə tanış etməkdir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin əhəmiyyətini yüksək qiymətləndirib:
“I Avropa Oyunları ərəfəsində ölkəmizin zəngin mədəniyyətini, adət-ənənəsini nümayiş etdirən silsilə tədbirlər, sərgilər təşkil olunur. “Avropa haqqında düşüncələr” adlı sərgi də bu qəbildən növbəti tədbirdir. Burada nümayiş olunan əsərlər onu göstərir ki, Azərbaycan mədəniyyəti, incəsənəti, həmişə dünya və Avropa dəyərlərinə hörmətlə yanaşaraq, onu özündə təcəssüm etdirmişdir. Bunu sərgidəki əsərlərdə də aydın şəkildə görmək olar. Sərgiyə baxarkən insan sanki özünü Avropanın bir guşəsində hiss edir”.
Qaynar.info