Xəbər lenti

Azərbaycanlı qadın İran prezidentinin müavini oldu
Dünya11:11 10.10.2013

Azərbaycanlı qadın İran prezidentinin müavini oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran prezidenti Həsən Ruhani azərbaycanlı hüquq müdafiəçisi Şəhindoxt Mövlaverdini qadınlar və ailə məsələləri üzrə müavini vəzifəsinə təyin edib.


"Media forum” saytının məlumatına görə, sərəncamda deyilir: "Sizin dəyərli fəaliyyət və təcrübənizi nəzərə alaraq prezidentin qadınlar və ailə məsələləri üzrə müavini vəzifəsinə təyin edirəm. Ümid edirəm ki, tədbir və ümid hökumətinin əxlaq, mötədillik və qanunun aliliyi ilə bağlı prinsiplərinə riayət edərək xalqın xidmətində uğurlu fəaliyyət göstərəcəksiniz”.

1965-ci ildə Xoy şəhərində anadan olan Şəhindoxt Mövlaverdi Tehranın Əllamə Təbatəbayi Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Bir neçə il müəllim işləyən Şəhindoxt Mövlaverdi sonradan qadınların hüquq və problemləri ilə bağlı araşdırmalar apararaq bir neçə təşkilatda fəaliyyət göstərib.

Qaynar.info