TV 8-də yayımlanan “İşte benim stilim” dəb müsabiqəsinə daha bir azərbaycanlı qatılıb. “Qafqazinfo”nun məlumatına görə, Ayşən Ocaqverdiyeva 5 ildir Türkiyədə yaşadığını, burada təhsil aldığını vurğulayıb:
“Təhsilimi yeni bitirmişəm. İşləmirəm, 5 ildir ki, İstanbuldayam. İndi sevdiyim bir işi etmək istəyirəm, butik açmaq fikrindəyəm. Modaya marağım var”.
İştirakçı Baharla Ayşən arasında kiçik qalmaqal yaşanıb. Ayşən verilişdə kinayəli şəkildə Baharı çox sevdiyini, ona hədiyyə gətirdiyini bildirib. Aparıcı Öykü Serter güzgü və kağız dəsmaldan ibarət hədiyyəni Bahara təqdim edib.
Azərbaycanlı iştirakçı Baharın dodaq boyasının çox olduğunu, güzgüyə baxaraq dodaq boyasının azaltmasını söyləyib.
Münsif kürsüsündə əyləşən Hakan Akkaya, İvana Sert və Nur Yerlitaş Ayşənin geyim tərzini bəyənərək müsabiqəyə qəbul ediblər.