Türkiyə vətəndaşı olan azərbaycanlı qızın erməni oğlanla ailə qurması sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
Ailə quran cütlüyün xoşbəxt görüntüləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
İstifadəçilər qızın erməniyə ərə getdiyinə görə qınayıb, cütlüyün ünvanına sərt ifadələr yazıblar. Lakin bu izdivacı dəstəkləyənlər də olub. Sevginin milliyəti olmur deyənlər türk qızın bu addımını alqışlayıblar.
Qeyd edək ki, bəzi mənbələrdə bildirilir ki, oğlan Erməni yox, İran əsillidir.(big.az)
Qaynarinfo.az