
Rostovda satıcı ondan şaurmanı (Şərq fast-fudu) pulsuz tələb edən kişini öldürüb.
Qaynarinfo.Az bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Hadisənin şahidləri danışıblar ki, noyabrın 19-da, gündüz, bir balaca içmiş kişi Lenin küçəsində yerləşən kioskdakı satıcı ilə mübahisə edib.
Qalmaqala səbəb alıcının aldığı şaurmanın pulunu ödəmək istəməməsi olub.
Alıcının israr etdiyini görən satıcı - Azərbaycandan olan 26 yaşlı Aslan Sadıq ət doğradığı bıçağı götürərək onu alıcının sinəsinə saplayıb.
Sonra da öz dostunun müşayiəti ilə hadisə yerini tərk edib.
Polis hazırda cinayətkarı axtarır.
Qaynarinfo.Az