Xəbər lenti

Azərbaycanlı səhra komandiri öldürüldü
Dünya21:30 25.03.2014

Azərbaycanlı səhra komandiri öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hadisə zamanı Rusiya güc strukturlarının bir əməkdaşı həlak olub və iki əməkdaşı yaralanıb

Dağıstanın Xasavyurt rayonunda Rusiya güc strukturlarının apardığı əməliyyat nəticəsində əslən Azərbaycandan olan səhra komandiri Tural Atayev və 4 nəfər dəstə üzvü öldürülüb. 

ANS PRESS-in məlumatına görə, hadisə zamanı Rusiya güc strukturlarının bir əməkdaşı həlak olub və iki əməkdaşı yaralanıb. Rusiya güc strukturlarının yaydığı məlumata görə, 1988-ci ildə Azərbaycanda doğulmuş Tural Atayev həm də keçən ilin dekabr ayında Pyatiqorsk şəhərində baş vermiş terrorun əsas təşkilatçılarındandır. 

Bu barədə yayılmış məlumatda bildirilir ki, Atayevin dəstəsi çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetirib, iş adamlarından reket yolu iri məbləğdə pullar alıb, partlayışlar təşkil edib.

Qaynar.info