Sənət 13:35 26.10.2022

Azərbaycanlı xanəndə Ukrayna savaşına görə konsertini təxirə saldı

Əməkdar artist, xanəndə Qoçaq Əsgərov Moskvada nəzərdə tutulan konserti təxirə salınıb. 

Bu barədə Qaynarinfo-ya müğənni özü məlumat verib. Xanəndənin sözlərinə görə, konsertin təxirə salınmasına səbəb Rusiya-Ukrayna arasında gedən müharibədir:

"Konsert noyabr ayına təyin edilib. Layihə Valeri Gergiyevin rəhbərlik etdiyi Mariinski Simfonik Orkestrinin müşayəti ilə reallaşacaq”. 

Qoçaq Əsgərov konsert layihəsinin həmçinin Piterdə də keçiriləcəyini bildirib: "Konsertdə görkəmli bəstəkar Fikrət Əmirovun və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi "Kor ərəbin mahnısı” da repertuara salmışam. Müharibə başa çatsa, konsertin vaxtı yenidən təyin olunacaq”. 

Bahar Rüstəmli