
Eduard Bağırovun bloqunda paylaşdığı status qalmaqala səbəb olub.
Rusiyada yaşayan Azərbaycan əsilli yazıçı Eduard Bağırov qalmaqalla gündəmə gəlib. Anspress-in məlumatına görə, yazıçı öz bloqunda ermənilərə qondarma soyqırımı günü münasibətilə başsağlığı verib.
"Adekvat Moskva azərbaycanlıları adından ermənilərə 1915-ci ildə Türkiyədə soyqırıma məruz qalmalarının il dönümü münasibətilə baş sağlığı verirəm", - deyə Eduard Bağırov bloqunda paylaşıb.
Qeyd edək ki, Eduard Bağırov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, 100 min nüsxə ilə çap olunan "Qastarbayter" romanı ilə məşhurlaşıb.
Qaynar.info